- Baxış sayı: 61
- 05 İyun 2026 22:55
- Baxış sayı: 71
- İyun 08, 2026
- 0

Polşanın paytaxtı Varşavada qadınların 3×3 basketbol üzrə dünya kubokunun yarımfinalında millimiz gərgin keçən oyunda ABŞ-a əlavə vaxtda 18:19 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşün sonuna doğru seçməmizin öndəri Brianna Freyser zədələnərək meydançanı tərk etməsi nəticəyə təsir göstərib. Azərbaycan yığması Paris-2024 oyunlarında amerikalılara qrup matçında qalib gəlmişdi.
Qızlarımız 3-cü yer uğrunda görüşdə Niderlanda qarşılaşıb və oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalaraq yekunda 14:21 hesabı ilə yenilib, ilk dəfə iştirak etdiyi dünya çempionatını 4-cü pillədə bitirib.