- Baxış sayı: 30
- 02 İyun 2026 14:32
- Baxış sayı: 40
- İyun 02, 2026
- 0

Rusiyalı həndbolçu Kseniya Makeyeva karyerasını Avropa Birliyi ölkəsində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 2015-ci ildən bəri oynadığı “Rostov-Don” klubu onun Rumıniyaya keçdiyini açıqlayıb. Gözəlçə gələn mövsüm “Korona Brasov”u təmsil edəcək.
Kseniya, Rusiya çempionatı tarixində ən çox mükafat qazanan həndbolçudur və ümumilikdə 12 dəfə (2009, 2010, 2011, 2012, 2013, 2014, 2017, 2018, 2019, 2020, 2022, 2026) qalib olub; “Dinamo Volqoqrad”la 6 kərə, “Rostov-Don”la da eyni sayda çempionluq qazanıb.