Dünya və qitə çempionatlarının qaydası dəyişib

Allsport.az saytı xəbər verir ki, bu barədə qərar UEFA-nın icraiyyə komitəsinin iclasında verilib. Dəyişikliyə əsasən, qitə və dünya çempionatlarının ələməsində 4 və ya 5 komandadan ibarət 12 qrup olacaq. Qrup qalibləri növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 2-ci yeri tutanlar isə ya birbaşa, ya da pley-off matçlarından sonra növbəti raunda yüksələcəklər.

Millətlər liqasında “dördlər finalı”ndan əvvəl pley-off oyunları keçiriləcək. “A” liqasında qrup qalibləri ilə ikincilər bir-biriləri ilə iki mərhələdən ibarət oyun keçirəcəklər. Qaliblər “dördlər finalı”na yüksələcək.

Bundan başqa, “A” liqasında qrupu 3-cü bitirənlər “B” liqasında qrup ikinciləri, “B” liqasında 3-cü olanlar isə “C” liqasının ikinciləri ilə aşağı düşməmək və ya yuxarı liqaya qalxmaq üçün oyunlar keçirəcəklər.

Yeni qaydalar 2024-cü il Avropa çempionatının final mərhələsindən sonra tətbiq ediləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish