“İnter”in əfsanəsi vəfat edib

“İnter”in əfsanəsi vəfat edib

“İnter”in əfsanəvi futbolçusu Sandro Matsola dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, veteran hücumçu 83 yaşında vəfat edib.

Sandro Matsola “İnter”in yetirməsi olub və bütün karyerası bu klubda keçib. O, Milan təmsilçisinin heyətində meydana çıxdığı 567 rəsmi matçda 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Matsola həmçinin, İtaliya millisinin forması ilə 70 oyun keçirib, 22 qol vurub, 5 assist edib.

Həmin kateqoriyadan