Daha 3 boksçumuz yarımfinalda

Daha 3 boksçumuz yarımfinalda

Azərbaycanın daha üç boksçusu Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/4 finalda İştvan Szaka (Macarıstan) ilə döyüşüb.

Dünya çempionu rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, bu gün yarımfinalda Səməd Gümüşlə (Türkiyə) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Milli üzvü sabah yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.

Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun qalibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev bu gün yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinala yüksələn 4 boksçu özləri üçün azı bürünc medalı təmin edib.

Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) yarımfinalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.

Yarışa sentyabrın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan