Müdafiə üçün 3 namizəd

Müdafiə üçün 3 namizəd

“Mançester Yunayted” klubunun rəhbərliyi gələn il müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın transfer siyahısında üç müdafiəçi yer alıb.

Bunlar “Leççe”dən Tiaqo Qabriel, “Everton”dan Cerrad Brantueyt və “Ştutqart”dan Finn Yelçdir.

“Mançester Yunayted” İngiltərə premyer liqasında keçirdiyi 5 oyunda qapısında 8 qol görüb. Maykl Karrikin rəhbərlik etdiyi komanda 5 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

“Qırmızı şeytanlar” çempionatda növbəti matçını doğma “Old Trafford” stadionunda “Tottenhem”ə qarşı keçirəcək. Komanda UEFA çempionlar liqasının ilk turunda Azərbaycan çempionu “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan