Cəzalandırılacaq

Cəzalandırılacaq

İspaniya La liqasının VII turunda “Real”ın səfərdə “Atletiko”ya 1:2 hesabı ilə uduzduğu oyunun baş hakimi Migel Anxel Ortis Aryas ən azı iki oyunluq diskvalifikasiya ediləcək.

Allsport.az xəbər verir ki, “Sivitas Metropolitano” stadionunda keçirilən qarşılaşmada referinin 4 ciddi səhvə yol verdiyi və iki dəfə VAR-a müraciət etdiyi bildirilib.

Hakimin yol verdiyi səhvlər arasında “Atletiko”nun hücumçusu Li Kan İnin “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin ayağını tapdalaması, həmçinin Kristian Romeronun Cud Bellinqemin ayağına vurması daha çox diqqət çəkib.

“Real”ın baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında Migel Anxel Ortis Aryasın hakimliyini tənqid edib.

Həmin kateqoriyadan