- Baxış sayı: 66
- 21 Sentyabr 2026 11:33
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Cənubi afrikalı üzgüçü Tatyana Smit idmandan getdikdən bir müddət sonra karyerasını bərpa etmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, 28 yaşlı idmançı Paris-2024 yay olimpiya oyunlarından sonra başa vurduğu karyerasına qayıtdığını açıqlayıb:
“Artıq heç vaxt deməyin… Həqiqətən də üzgüçülük karyeramın başa çatdığını düşünürdüm. Lakin müəyyən vaxtdan sonra su, məşqlər, həyəcan və yarışlar üçün darıxmağa başladım. Öz-özümə “bir daha cəhd etsəm necə olar?” sualını verdim. Və budur, mən qayıtdım! Bütün bunlar bir qədər çılğın, qorxulu və eyni zamanda çox həyəcanverici görünür”.
Tatyana Smit ikiqat olimpiya çempionudur və böyük beynəlxalq yarışların dəfələrlə mükafatçısı olub.