Norveçli idmançı faciəli şəkildə həlak olub

Norveçli idmançı faciəli şəkildə həlak olub

Norveçli dağ qaçışı idmançısı İda Ameli Robsam 30 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, hadisə sentyabrın 19-da Romsdalseggen silsiləsində baş verib.

Turist qrupunun tərkibində marşrut üzrə hərəkət edən Robsam bir neçə on metr hündürlükdən yıxılıb. İdmançı xilasetmə helikopteri ilə təxliyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Robsam son illərdə dağ qaçışında dünya elitası sırasında yer alıb. O, ötən mövsüm dünya çempionatını 4-cü pillədə başa vurub və 2026-cı ildə “Asics trail team”in heyətində yarıpeşəkar səviyyədə çıxış edib.

İdmançının ən yaxşı nəticələrindən biri iyunun 28-də “Marathon du Mont-Blanc” yarışında 2-ci yeri tutması olub. O, 2025-ci ilin dekabrında Valensiyada keçirilən şosse marafonunda da debüt edərək məsafəni 2 saat 29 dəqiqə 57 saniyəyə qət edib.

Həmin kateqoriyadan