“Topçular”da qalacaq

“Topçular”da qalacaq

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqavilənin uzadılması barədə razılığa gəlib.

Allsport.az xəbər verir ki, 44 yaşlı ispaniyalı mütəxəssis 2019-cu ildən London klubuna rəhbərlik edir və hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatır.

Tərəflər son aylarda yeni müqavilə ilə bağlı danışıqlar aparıb. Razılaşmanın müddəti açıqlanmasa da, yeni sözləşmənin Artetanın maaşında ciddi artımı nəzərdə tutduğu bildirilir.

Artetanın rəhbərliyi altında “Arsenal” 5 titul qazanıb: İngiltərə çempionluğu (2025/26), İngiltərə kuboku (2019/20) və 3 dəfə İngiltərə superkuboku (2020, 2023, 2026).

Həmin kateqoriyadan