- Baxış sayı: 50
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

“Sumqayıt” basketbol klubunun məşqçilər korpusu müəyyənləşib.
Allsport.az xəbər verir ki, yeni mövsümdə məşqçilər korpusunda mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq.
V.Kuramşın baş məşqçi Uğur Özdəmirin köməkçisi kimi fəaliyyət göstərəcək. Mütəxəssis klubun yarandığı 3 il ərzində komandada çalışıb. O, ötən iki mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib.
Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. O, FİBA və ABL-nin “B” kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.