- Baxış sayı: 33
- 22 Sentyabr 2026 18:51
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

“Mançester Yunayted”in sabiq hücumçusu Entoni Marsial karyerasını Rusiyada davam etdirə bilər.
Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu “Krasnodar” və ÇSKA ilə mümkün transferlə bağlı danışıqlar aparır.
Marsial Livanın “Əl-İttihad Tripoli” klubunun illik 10 milyon avroluq təklifini rədd edib. Hazırda onun “Malaqa” və İspaniyanın adı açıqlanmayan daha bir klubu ilə də əlaqədə olduğu bildirilir. Futbolçunun nümayəndələri “Loryan”a da onun xidmətlərini təklif edib.
Marsial hazırda azad agentdir. O, daha əvvəl “Monterrey”, AEK, “Mançester Yunayted”, “Sevilya”, “Monako” və “Lion”da çıxış edib.