- Baxış sayı: 57
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandanın qarşıdakı illərdə titul qazanacağına əmin olduğunu bildirib.
Allsport.az xəbər verir ki, mütəxəssis yığmanı yenidən quraraq uğurlu nəticələr əldə etmək istədiyini deyib:
“Qələbələrin açarı oyundan zövq almaq və yaxşı oynamaqdır. Mən meydanda üstünlük təşkil edən komanda yaratmaq istəyirəm. Qarşıdakı dörd ildə kubok qazanacağımıza əminəm. Buradayam ki, bacardığım qədər tez nəsə qazanım”.
Mançini iyulda İtaliya millisinin baş məşqçisi postuna qayıdıb. O, daha əvvəl 2018–2023-cü illərdə komandaya rəhbərlik edib.
İtaliya millisi UEFA millətlər liqasında ilk oyununu sentyabrın 25-də Romada Belçikaya qarşı keçirəcək.