- Baxış sayı: 24
- 22 Sentyabr 2026 13:19
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe ötən mövsümün nəticələrinə əsasən “Qızıl top”u qazana bilməsə, məyus olacağını bildirib.
Allsport.az xəbər verir ki, fransalı futbolçu fərdi göstəricilərinin mükafata layiq görülməsi üçün kifayət etdiyini düşünür:
“Əlbəttə, məyus olacağam. Rəqabət xarakterli insan qələbə qazana bilməyəndə həmişə məyus olur. Düşünürəm ki, bu, mənim idmançı qüruruma toxunacaq”.
Mbappe 2025/26 mövsümündə “Real”da 44 oyunda 42 qol vurub. O, La liqada 25, çempionlar liqasında isə 15 qolla turnirlərin bombardiri olub. 2026-cı il dünya çempionatında 10 qol vuran hücumçu mundialların tarixində 22 qolla ən məhsuldar futbolçuya çevrilib.