- Baxış sayı: 32
- 21 Sentyabr 2026 23:56
- Baxış sayı: 226
- Sentyabr 17, 2026
- 0

“Liverpul”un sabiq futbolçusu Lazar Markoviç karyerasını ölkəsində davam etdirəcək.
Allsport.az xəbər verir ki, serbiyalı cinah hücumçusu “Çukariçki” ilə anlaşıb.
32 yaşlı ön xətt oyunçusu superliqa təmsilçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Lazar Markoviç son olaraq “Apollon”da (Kipr) çıxış edib. Serbiya millisinin sabiq üzvü daha əvvəl “Fənərbaxça”, “Trabzonspor”, “Sportinq”, “Benfika”, “Fulhem” kimi klubların formasını geyinib.