- Baxış sayı: 24
- 21 Sentyabr 2026 18:53
- Baxış sayı: 225
- Sentyabr 17, 2026
- 0

İsveçrə millisinin və İngiltərənin “Sanderlend” klubunun futbolçusu Qranit Caka COVID-19 vaksinasiyası ilə bağlı saxta arayışdan istifadə etdiyini etiraf etdikdən sonra milli komandadan kənarlaşdırılıb.
Allsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi həmin vaxt COVID-19 vaksinasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyini, vaksinə inamsızlıq bəslədiyini və qorxu içində olduğunu bildirib.
O, saxta arayışla bağlı səhv etdiyini və məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib.
İsveçrə futbol ittifaqının prezidenti Peter Knabel bildirib ki, Cakanın məsuliyyəti qəbul etməsi müsbət qarşılanıb. Tərəflərin ortaq qərarına əsasən, futbolçu qarşıdakı oyunlarda milli komandanın heyətində yer almayacaq.
İsveçrə seçməsi millətlər liqasında sentyabrın 26-da səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.
2011-ci ildən yığmanın formasını geyinən yarımmüdafiəçi 152 oyunda 18 qol vurub və 14 məhsuldar ötürmə edib.