- Baxış sayı: 23
- 22 Sentyabr 2026 23:47
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Yuventus” klubu 10 min avro məbləğində cərimə olunu.
Allsport.az xəbər verir ki, buna səbəb turinli fanatların İtaliya futbolunun və “İnter”in əfsanəsi Sandro Mazzolanın xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutu pozması olub.
Xoşagəlməz insident sentyabrın 20-də “Allyans” stadionunda keçirilən “Yuventus” – “Atalanta” matçından öncə yaşanıb. “Curva Sud” tribunasında yer alan azarkeşlər sükut dəqiqəsi zamanı meydana arxalarını çevirib və “Yuventus”un öz əfsanələrinin şərəfinə şüarlar səsləndirməyə başlayıblar.
83 yaşında dünyasını dəyişən Sandro Mazzola İtaliya futbolunun ən görkəmli simalarından biri idi. O, AVRO-1968-in çempionu, DÇ-1970-in igümüş mükafatçısı adını qazanmışdı.
Fanatların bu addımı futbol ictimaiyyətinin kəskin tənqidinə səbəb olub. “Yuventus” rəhbərliyi də qarşılaşmadan dərhal sonra azarkeşlərin bu davranışını pisləyib.
Klubun məsələyə çevik reaksiyası və stadiondakı digər azarkeşlərin həmin şüarları fitə basaraq reaksiyasını bildirməsi nəzərə alınaraq tətbiq olunan cərimənin məbləği minimuma endirilib.