- Baxış sayı: 79
- 17 Sentyabr 2026 20:23
- Baxış sayı: 225
- Sentyabr 17, 2026
- 0

Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər.
Allsport.az xəbər verir ki, sentyabrın 17-dən 20-dək İzmirdə keçirilən qitə birinciliyində oğlanlar arasında Emil Safronov/Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva/Leyla Əliyeva duetləri ölkəmizi təmsil edib.
Hər iki cütlük mübarizəyə təsnifat mərhələsindən başlayıb. Oğlanlar Portuqaliya, Türkiyə və Macarıstan, qızlar isə Danimarka və Sloveniya milli komandaları ilə qarşılaşıblar. Bütün oyunlar rəqiblərin qələbəsi ilə başa çatıb. Qitə çempionatında 35 ölkənin ümumilikdə 70 (qızlar və oğlanlar) komandası iştirak edib.
Oğlanlar Atvars Vildenin, qızlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında çıxış ediblər.