Beynəlxalq turnirdə çıxış edəcəklər

Beynəlxalq turnirdə çıxış edəcəklər

25–26 sentyabr tarixlərində Sarayevoda xüsusi olimpiya açıq cüdo turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan cüdo federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar.

Bu turnir hər üç idmançının ilk beynəlxalq yarış təcrübəsi olacaq.

Adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.

Həmin kateqoriyadan