- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan təmsilçiləri daha 3 medal əldə ediblər.
Allsport.az xəbər verir ki, “M3” yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), “M4” kateqoriyasında isə Anar Ağayev (-90 kq) bürünc medal qazanıblar.
Yarışın ilk günündə Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) bürünc medala sahib çıxıblar.