Tibbi diskvalifikasiya

Tibbi diskvalifikasiya

Ermənistan əsilli rusiyalı döyüşçü Arman Tsarukyan və braziliyalı Maurisio Ruffi UFC-331 turnirindən sonra tibbi diskvalifikasiya alıblar.

Allsport.az xəbər verir ki, hər iki idmançıya 30 gün ərzində kontakt məşqləri keçirmək qadağan edilib.

Onlar sağ göz nahiyəsində kəsik səbəbindən həkim icazəsi olmadan 60 gün ərzində yarışlarda iştirak edə bilməyəcəklər.

Los Ancelesdə keçirilən turnirin əsas döyüşlərindən birində Tsarukyan Ruffini nokautla məğlub edib. Qarşılaşma ilk raundun başa çatmasına 4 saniyə qalmış erməni əsilli döyüşçünün qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan