- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Fransa millisinin hücumçusu Kilian Mbappenin səhhətində problem yaranıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu bu gün keçirilən məşqdə iştirak etməyib.
Məlumata görə, Mbappedə qripə bənzər simptomlar müşahidə olunub və bu səbəbdən ona istirahət verilib.
Fransa millisinin cümə günü Türkiyə ilə keçirəcəyi oyun öncəsi futbolçunun durumu diqqətdə saxlanılır.
Fransa millətlər liqasında Türkiyə ilə yanaşı, Belçika ilə iki, İtaliya ilə isə bir dəfə qarşılaşacaq.