- Baxış sayı: 66
- 14 May 2025 22:00
- Baxış sayı: 82
- May 13, 2025
- 0
Bu gün Azərbaycan basketbol federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və federasiyanın digər rəsmiləri ilə beynəlxalq basketbol federasiyasının (FİBA) baş katibi Andreas Zaqklis, 3×3 basketbol yarışlarının meneceri Yovana Vukoye və basketbol çempionlar liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş olub.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycanda 3×3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların çempionlar liqasında iştirakı məsələləri geniş müzakirə olunub.
Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda, başda çempionlar liqası olmaqla, iştirakının vacibliyini vurğulayaraq, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, görüşdə ABL-in mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.