- Baxış sayı: 85
- 20 Sentyabr 2026 22:28
- Baxış sayı: 188
- Sentyabr 17, 2026
- 0

“Çelsi” qapıçısı Filip Yorgenseni Fransanın “Strazburq” klubuna göndərib.
Allsport.az xəbər verir ki, danimarkalı qolkiper mövsümün sonuna qədər liqa 1 klubunda icarə əsasında çıxış edəcək.
Yorgensen 2024-cü ildən “Çelsi”nin formasını geyinir. O, ötən mövsüm London təmsilçisinin heyətində 12 matça çıxıb, 17 qol buraxıb. Qapıçı 2 görüşdə qapısını toxunulmaz saxlayıb.