- Baxış sayı: 43
- 20 Sentyabr 2026 20:06
- Baxış sayı: 184
- Sentyabr 17, 2026
- 0

“Liverpul” klubunun sahibi olan “Fenvey sport qrup” (FSG) şirkəti səhmlərin bir hissəsini satmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, rəhbərlik klub səhmlərinin 30 faizə qədərini satışa çıxarmağı planlaşdırır. Paketinin dəyərinin təxminən 1,35 milyard funt-sterlinq olacağı gözlənilir.
Buna baxmayaraq, şirkət “Liverpul” üzərində nəzarəti itirmək niyyətində deyil. Rəhbərlik əsas sahib kimi qalacaq və klubun idarəçiliyini davam etdirəcək.
Hazırda Mersisayd təmsilçisinin bazar dəyəri təxminən 6 milyard dollar qiymətləndirilir. Bu göstərici “Liverpul”u dünyanın ən bahalı futbol klublarından birinə çevirir.
Səhmlərin satışından əldə olunacaq vəsaitin klubun gələcək inkişafı, infrastruktur və uzunmüddətli layihələr üçün istifadə ediləcəyi qeyd olunur.