Yeni arenada ilk oyun

Yeni arenada ilk oyun

Kontinental hokkey liqasında (KHL) yeni arena istifadəyə verilib.

Allsport.az xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində inşa olunan 12 350 tamaşaçı tutumlu “Volqa Arena”da ilk rəsmi KHL qarşılaşması keçirilib.

Açılış matçında yerli “Torpedo” “Ak Bars”ı 3:2 hesabı ilə məğlub edib. Görüşü 12 350 azarkeş izləyib ki, bu da Nijni Novqorod klubunun KHL-də yeni tamaşaçı rekordudur.

2022–2026-cı illərdə inşa olunan arenanın tikintisinə 23 milyard rubl vəsait xərclənib. “Volqa arena”da “Torpedo”nun əsas komandası ilə yanaşı, klubun akademiyası da fəaliyyət göstərəcək.

Həmin kateqoriyadan