- Baxış sayı: 65
- 03 Noyabr 2026 10:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Rusiyalı bədii gimnast Lalə Kramarenko Moskvada keçirilən qala-konsertdə öz mahnısı ilə çıxış edib.
Allsport.az xəbər verir ki, İrina Vinerin sarayında təşkil olunan “Əziz paytaxtım, qızıl Moskva” adlı tədbirdə Kramarenko “Lentami” adlı mahnısını səsləndirib.
Gimnast əvvəlcə öz mahnısının sədaları altında alətlərlə, daha sonra isə hava gimnastikası ilə çıxış edib. Soydaşımız bildirib ki, nömrənin sonunda uçuş və şərflə bağlı ideya ona məxsus olub.
O, musiqi karyerasını davam etdirmək istədiyini və gələcəkdə idmanla musiqini birləşdirməyin maraqlı olacağını söyləyib.