- Baxış sayı: 72
- 20 Sentyabr 2026 22:28
- Baxış sayı: 185
- Sentyabr 17, 2026
- 0

“Mançester Siti”nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişib.
Allsport.az xəbər verir ki, braziliyalı hücumçu “Tottenhem”ə transfer olunub.
London təmsilçisi 22 yaşlı oyunçu üçün “şəhərlilər”ə 85 milyon funt sterlinq ödəyib.
Savinyo ötən mövsüm “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 24 matçda meydana çıxıb. Braziliyalı futbolçu bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.