İtaliya millisinin “dördlər finalı” üçün heyəti məlum olub

Allsport.az xəbər verir ki, İtaliya yığmasının baş məşqçisi Roberto Mançini millətlər liqasının “dördlər finalı”nda iştirak edəcək 23 futbolçunun siyahısı ilə bağlı qərar verib.

Siyahı belədir:

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Qulelmo Vikario (“Empoli”).

Müdafiəçilər: Françesko Akerbi, Alessandro Bastoni, Matteo Darmian, Federiko Dimarko (hamısı “İnter”), Leonardo Bonuççi (“Yuventus”), Covanni di Lorenzo (“Napoli”), Leonardo Spinazzola (“Roma”), Rafael Toloi (“Atalanta”).

Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Davide Frattesi (“Sassuolo”), Jorjinyo (“Arsenal”), Lorenzo Pelleqrini (“Roma”), Marko Verratti (PSJ), Nikolo Zaniolo (“Qalatasaray”).

Hücumçular: Federiko Kyesa (“Yuventus”), Vilfrid Nyonto (“Lids”), Çiro İmmobile (“Latsio”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Tiqre”).

Millətlər liqasının yarımfinal mərhələsində İtaliya millisi iyunun 15-də Enşede şəhərindəki stadionda İspaniya ilə qarşılaşacaq. 2-ci finalçı iyunun 14-də keçiriləcək Niderland – Xorvatiya oyununda müəyyənləşəcək. Final oyunu iyunun 18-də Rotterdamdakı stadionda keçiriləcək.

Həmin kateqoriyadan