- Baxış sayı: 38
- 20 Sentyabr 2026 20:06
- Baxış sayı: 184
- Sentyabr 17, 2026
- 0

Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun şərəfini qoruduğu “Bursaspor” səfərdə “Fateh Qaragömrük”ün qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bayramov da səfər matçında iştirak edib. 25 yaşlı sol cinah müdafiəçisi oyuna start heyətində başlayıb. O, fasilədə əvəzlənib. Toral 17-ci dəqiqədə qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb.
2 turdan sonra 6 xal toplayan “Bursaspor” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.