- Baxış sayı: 82
- 01 İyun 2026 16:37
- Baxış sayı: 2
- İyun 01, 2026
- 0

Azərbaycan deflimpiya komitəsi ilə Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi arasında əməkdaşlıq çərçivəsində hər 2 qurumun nümayəndə heyəti elm və təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün 352 nömrəli körpələr evi–uşaq bağçasına səfər edib.
Allsport.az saytı xəbər verir ki, 1 İyun – Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan görüş zamanı nümayəndə heyəti eşitmə məhdudiyyətli uşaqlarla bir araya gəlib, onların gündəlik fəaliyyəti ilə tanış olub, hazırladıqları rəqs kompozisiyalarını izləyib.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim edilib. Görüş uşaqların bayram sevincinin bölüşülməsi, onlara diqqət və qayğının göstərilməsi, həmçinin inklüziv dəyərlərin təşviqi baxımından əhəmiyyətli olub.