- Baxış sayı: 58
- 01 İyun 2026 18:49
- Baxış sayı: 81
- İyun 01, 2026
- 0

“İdman paytaxtı” Qazaxda federasiyaların mətbuat katibləri və media üzrə məsul şəxsləri üçün media və PR bacarıqlarının inkişafı üzrə təlim keçirilib.
Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi və Azərbaycan idman akademiyasının birgə təşkilatçılığı ilə olimpiya idman kompleksində baş tutan təlim Böyük Britaniyanın tanınmış media eksperti, beynəlxalq media və kommunikasiya üzrə mütəxəssis Ceyms Taker və beynəlxalq idman idarəçiliyi, təhsil və kommersiya strategiyası üzrə məsləhətçi Julis Makqiver tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara idman kommunikasiya strategiyaları, media ilə işin səmərəli təşkili və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında praktiki biliklər verilib. Sessiyalar interaktiv formatda təşkil olunub və iştirakçıların bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.