- Baxış sayı: 23
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Almaniya millisi yoldaşlıq oyununda Finlandiya üzərində möhtəşəm qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, bazar günü Maynsda keçirilən görüş Yulian Nagelsmanın komandasının 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Deniz Undav 2 qol vuraraq və 1 məhsuldar ötürmə edərək matçın qəhrəmanı olub. Almaniya üçün Florian Virtz və Camal Musiala da fərqləniblər.
Dünya Kubokunda Almaniya seçməsi Kyurasao, Kot-d’İvuar və Ekvadorla bir qrupda oynayacaq. Finlandiya mundiala vəsiqə qazana bilməyib.