- Baxış sayı: 77
- 06 May 2026 16:32
- Baxış sayı: 61
- May 08, 2026
- 0

Türkiyə və Azərbaycan respublikaları arasında idman siyasəti sahəsində əməkdaşlığa yönəlmiş mütəxəssis mübadiləsi proqramı çərçivəsində Trabzon şəhər gənclər və idman idarəsinin nümayəndə heyəti mayın 3-dən 7-dək Bakı və Qazax şəhərlərinə səfər edib.
Allsport.az saytı xəbər verir ki, nümayəndə heyəti Bakıda keçirilən gimnastika üzrə Avropa kuboku yarışlarını izləyib, həmçinin Milli gimnastika arenası ilə tanış olub. Səfər çərçivəsində qonaqlar Qazax-Tovuz regional gənclər və idman idarəsi tərəfindən həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olublar.
Trabzon şəhərini təmsil edən idman rəsmiləri Tovuz və Şəmkir rayonlarına da səfər ediblər.