- Baxış sayı: 97
- 15 May 2026 13:33
- Baxış sayı: 49
- May 18, 2026
- 0

BMT-nin ümumdünya şəhərsalma forumunun 13-cü sessiyası ərəfəsində təşkil olunan “Bakı şəhərsalma həftəsi” çərçivəsində “Gender bərabərliyi çərçivəsində şəhər və regionlarda idman mühitindəki qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmaları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan milli antidopinq agentliyinin (AMADA) müşahidə şurasının sədri Nigar Arpadarai, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, AMADA-nın icraçı direktoru Təhminə Tağızadə, VUF-13 Azərbaycan əməliyyat şirkətinin substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə və London ali iqtisadiyyat məktəbinin elmi işçisi Deen Sharp çıxış edərək idmanda inklüziv və gender əsaslı yanaşmaların təşviqinin müasir idman siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyiblər.
Konfrans işini plenar sessiyalar ilə davam etdirib. Birinci plenar sessiya “Qadın idmançılar üçün inklüziv mühit: risk faktorları, sağlamlıq və təhsil yanaşmaları” mövzusuna həsr olunub.