CAR millisi dəvət çətinliyindən Dünya Kubokuna yollana bilməyib

Cənubi Afrika futbol assosiasiyası millinin Dünya Kuboku üçün Meksikaya vaxtında yola düşə bilmədiyini açıqlayıb.

Allsport.az saytı xəbər verir ki, komanda bir neçə oyunçu və rəsmi şəxs üçün viza problemi ilə üzləşib və bu da komandanın planlaşdırıldığı kimi Şimali Amerikaya yola düşməsinə mane olub.

SAFA komandanı mümkün qədər tez yola salmaq üçün gecə-gündüz çalışır. Bu vaxt Cənubi Afrika komandası yola düşənə qədər Yohannesburqda məşqlərini davam etdirəcək.

Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Cənubi Afrikanın qrup mərhələsindəki rəqibləri Meksika, Çex Respublikası və Koreya olacaq.

Həmin kateqoriyadan