- Baxış sayı: 58
- 01 İyun 2026 18:49
- Baxış sayı: 1
- İyun 01, 2026
- 0

“Qala” dövlət tarix-etnoqrafiya qoruğu ərazisində 1 İyuna həsr olunmuş “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin təşkilatçılığı, “Neftçi” idman klubu və “ADA Primary School”un tərəfdaşlığı ilə keçirilən şənlik uşaqlar üçün əsl bayram coşqusunun yaşandığı rəngarəng bir məkana çevrilib. Allsport.az saytı xəbər verir ki, gün ərzində maraqlı oyunlara, idman yarışlarına və musiqili şoulara qatılan balacalar həm maraqlı vaxt keçirib, həm də fərqli interaktiv fəaliyyətlərdə fəal iştirak ediblər.
Qoruq ərazisində yaradılan idman, yarış və yaradıcılıq zonalarında uşaqlar minifutbol, basketbol, penalti turnirlərində və şahmat yarışlarında güclərini sınayıb, reaksiya oyunları ilə komandalararası müsabiqələrə qoşulublar. Böyük maraqla qarşılanan üzboyama, topların rənglənməsi və sənətkarlıq emalatxanalarında isə balacalar öz xəyal dünyalarını əks etdirmək imkanı qazanıblar. Animatorların çıxışları, hodulist şouları, DJ performansı, əl işlərindən ibarət sərgi və canlı orkestrin ifaları bayramın coşqusunu daha da artırıb. Bunlarla yanaşı, şənlik boyu fəaliyyət göstərən xüsusi iaşə zonasında uşaqlara sevdikləri bayram təamları təqdim olunub.
Tədbirə qatılan tanınmış idmançılar – “Neftçi” idman klubunun təmsilçiləri – cüdo üzrə olimpiya, dünya və 4-qat Avropa çempionu Hidayət Heydərov, sərbəst güləş üzrə 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirib, imza mərasimində iştirak edib və onlarla motivasiyaedici tövsiyələrini bölüşüblər.
