- Baxış sayı: 88
- 25 İyul 2026 11:34
- Baxış sayı: 161
- İyul 22, 2026
- 0

Avropa liqasına hazırlaşan qadın voleybol millimiz yurd dışında təlim-məşqi başa vurub. Allsport.az saytı xəbər verir ki, 12-16 mayda Macarıstan toplanışında komandamız bu ölkənin yığması ilə hər 2 yoxlama oyununda qalib gəlib (3:0, 3:1).
Sonra Sloveniyaya yollanan Faiq Qarayevin yetirmələri mayın 16-dan 29-dək Maribor şəhərində sınaq matçlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin “Kolqeyt” klubunu (3:0) yenib.
Avropa liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda rəqiblər İsveç və Estoniya olacaq.