- Baxış sayı: 49
- 09 Oktyabr 2026 23:56
- Baxış sayı: 260
- Oktyabr 08, 2026
- 0

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu diskvalifikasiya təhlükəsi ilə üzləşib.
Allsport.az xəbər verir ki, yerli federasiyanın reqlamnetinə əsasən, 41 yaşlı futbolçu milli komandanın düşərgəsini icazəsiz və vaxtından əvvəl tərk etdiyinə görə avtomatik diskvalifikasiya oluna bilər.
Lakin yekun qərarı federasiyanın intizam şurası verəcək. Cəzanın müddəti 1 aydan 6 ayadək ola bilər.
Sanksiya müəyyənləşdirilərkən yüngülləşdirici hallar, o cümlədən Ronaldunun açıq şəkildə üzr istəməsi nəzərə alınacaq.
Ronaldu baş məşqçi Jorje Jezusla yaşadığı münaqişədən sonra millinin düşərgəsini tərk edib. Daha sonra futbolçu səhv etdiyini etiraf edərək cəzasını çəkməyə hazır olduğunu bildirib.