- Baxış sayı: 26
- 23 Noyabr 2026 10:37
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Ukrayna premyer liqasında XIII turun oyunu keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” səfərdə “Veres”in qonağı olub.
Qarşılaşma qonaqların 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Zədə səbəbindən əvvəlki üç qarşılaşmanı buraxan Renat Dadaşov matça start heyətində başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Bukovina” turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib.