Tarixə düşdü

Tarixə düşdü

“Atletiko” İspaniya la liqasının XIII turunda “Xetafe”yə qalib gəlib – 3:0.

Allsport.az xəbər verir ki, bu, argentinalı mütəxəssis Dieqo Simeonenin çempionatdakı 345-ci qələbəsi olub.

Simeone la liqada ən çox qalibiyyət əldə edən baş məşqçi ünvanına yiyələnib. O, bu göstəricidə Luis Araqonesi ötüb (344 qələbə).

Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Komanda onun başçılığı altında iki dəfə la liqanı qazanıb.

Həmin kateqoriyadan