- Baxış sayı: 89
- 20 Noyabr 2026 19:38
- Baxış sayı: 636
- Noyabr 20, 2026
- 0

Həm qızlardan, həm də oğlanlardan ibarət U-16 Azərbaycan voleybol milliləri Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən EEVZA turnirini 5-ci yerdə başa vurublar.
Allsport.az xəbər verir ki, 19–22 noyabr tarixlərində təşkil olunan yarışda qızlardan ibarət komandamız Estoniyanın Kaariku şəhərində, oğlanlardan ibarət yığmamız isə Riqada mübarizə aparıb.
Qızlardan ibarət millimiz “B” qrupunda Estoniya, Ukrayna və Litva ilə qarşılaşıb. Litvanı 3:1 hesabı ilə məğlub edən komandamız Ukraynaya 1:3, Estoniyaya isə 2:3 hesabı ilə uduzub. Beşinci yer uğrunda görüşdə Gürcüstanı 3:0 hesabı ilə üstələyən voleybolçularımız turniri 5-ci pillədə tamamlayıblar.
Baş məşqçi Cahangir Seyed Abbasinin rəhbərlik etdiyi oğlanlardan ibarət millimiz isə “B” qrupunda Latviya və Finlandiya ilə qarşılaşıb. Hər iki oyunda məğlub olan komandamız beşinci yer uğrunda görüşdə Ukraynaya 3:0 hesabı ilə qalib gəlib.
Hər iki yarışın finalında Polşa milliləri qalib gəlib. Qızlardan ibarət komanda Ukraynanı, oğlanlardan ibarət yığma isə Latviyanı 3:0 hesabı ilə məğlub edib. Bununla da Polşanın hər iki komandası 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.