- Baxış sayı: 36
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

“Tottenhem” futbolçusu Mikki van de Venlə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, klubun açıqlamasında niderlandlı müdafiəçinin Avropanın ən yaxşı mərkəz müdafiəçilərindən biri hesab olunduğu və 2023-cü ilin avqustunda “Volfsburq”dan transfer olunduqdan sonra sabit çıxışı ilə seçildiyi bildirilib.
Van de Ven 2025-ci ildə “Tottenhem”in UEFA Avropa liqasını qazanmasında əsas fiqurlardan biri olub.
Ötən mövsüm Mikki van de Ven “Tottenhem”in heyətində 45 matç keçirib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.