öz mahnısı ilə rəqs etdi

öz mahnısı ilə rəqs etdi

Rusiyalı bədii gimnast Lala Kramarenko Moskvada keçirilən qala-konsertdə öz mahnısı ilə çıxış edib.

Allsport.az xəbər verir ki, İrina Vinerin sarayında təşkil olunan “Əziz paytaxtım, qızıl Moskva” adlı tədbirdə Kramarenko “Lentami” adlı mahnısını səsləndirib.

Gimnast əvvəlcə öz mahnısının sədaları altında alətlərlə, daha sonra isə hava gimnastikası ilə çıxış edib. Kramarenko bildirib ki, nömrənin sonunda uçuş və şərflə bağlı ideya ona məxsus olub.

O, musiqi karyerasını davam etdirmək istədiyini və gələcəkdə idmanla musiqini birləşdirməyin maraqlı olacağını söyləyib.

Həmin kateqoriyadan