Yeniyetmə-gənc milli tağımlarım valideynləri ilə görüş

Azərbaycan şahmat federasiyasının rəhbərliyi yeniyetmələr və gənclərdən ibarət milli komanda üzvlərinin valideynləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda AŞF-in prezidenti Mahir Məmmədov federasiya tərəfindən təqdim olunan şahmatçılara dəstək proqramı barədə məlumat verib. AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.

Yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və Azərbaycan şahmat federasiyasının baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.

Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb. Söhbətin sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.

Həmin kateqoriyadan