“Əsas budur və əminəm, həm güləş federasiyası, həm digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki…”

Ölkə başçısı İlham Əliyev, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yüksək nəticə göstərən güləş üzrə milli komandaları qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan güləş federasiyasını digərlərinə nümunə gətirib:

“Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub.

Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik.

Əsas budur və əminəm, həm güləş federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.

Həmin kateqoriyadan