- Baxış sayı: 327
- 30 Aprel 2026 16:35
- Baxış sayı: 68
- May 04, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov serbiyalı həmkarı Zoran Qayiç ilə bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, görüş, Bakı – Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı baş tutub.
Söhbət zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.