“Qəbələ”nin sabiq baş məşqçisi millimizin keçmiş hücumçusunun oğlunun “Qızıl top” şansına nə dedi?

“Qəbələ”nin sabiq baş məşqçisi millimizin keçmiş hücumçusunun oğlunun “Qızıl top” şansına nə dedi?

“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin PSJ-nin hücumçusu Xviça Kvaratsxelyanın 2026-cı ildə “Qızıl top” mükafatını qazanmaq imkanını qiymətləndirib. Allsport.az saytı xəbər verir ki, Paris klubu çempionlar liqasının yarımfinalının ilk oyununda “Bayern”i 5:4 məğlub edib. Həmin matçda gürcüstanlı legionçu 2 qol vurub. 25 yaşlı hücumçu bu mövsüm 43 oyun keçirib, 18 dəfə fərqlənib və 9 məhsuldar ötürmə edib.

“Xviça dünya səviyyəli oyunçudur; keçən il o, artıq Avropanın ən yaxşı oyunçusu adına iddialı idi. Düşünürəm ki, onun fürsəti var; əgər PSJ çempionlar liqasını qazansa, “Qızıl top”u qazana bilər. O, dünənki matçda ən yaxşı oyunçu idi, amma Maykl Olise də əla idi; o, sözün əsl mənasında vəziyyəti bir neçə saniyə ərzində dəyişdirdi. Xviça həmişə dünya səviyyəli səviyyədə oynayır”, – 78 yaşlı mütəxəssis aydınlıq gətirib.

Sözü gedən futbolçu millimizin və “Şəmkir”in keçmiş hücumçusu Badri Kvaratsxelyanın oğludur

Həmin kateqoriyadan