- Baxış sayı: 47
- İyun 30, 2022
- 0
- Baxış sayı: 39
- İyun 30, 2022
- 0
- Baxış sayı: 35
- İyun 30, 2022
- 0
- Baxış sayı: 39
- İyun 30, 2022
- 0
- Baxış sayı: 43
- İyun 30, 2022
- 0
- Baxış sayı: 304
- İyun 29, 2022
- 0
- Baxış sayı: 59
- İyun 29, 2022
- 0
- Baxış sayı: 65
- İyun 29, 2022
- 0
- Baxış sayı: 68
- İyun 29, 2022
- 0
- Baxış sayı: 80
- İyun 28, 2022
- 0
- Baxış sayı: 136
- İyun 28, 2022
- 0
- Baxış sayı: 129
- İyun 28, 2022
- 0
Kamran HACI
Futbolumuzun sədri-əzəmi sportinfo.az-ı da çözdü

Kamran Hacı | kamran-haji@mail.ru
AFFA-nın baş katibi kürsüsünə keçəndən qısa zaman sonra özünü doğrultmağa başlayan Elxan Məmmədov yüksək, get-gedə fövqəladə və səlahiyyətli statusu qazanmış və indi də zirvədə olan təşkilatçılığı ilə daim diqqət çəkir. Hafizəsi yerində olanlar onun kiçik toplu-topsuz layhilərindən də xəbərdardırlar. Həmin işlərin mətbuatlı-ictimaiyyətli göz yumulduğu üçün başaldadan olub başgicəlləndiriciyə çevrilən uğurlarının başqa yolu da yox idi. Nəticədə, onun ingilisdilli perspektiv kimi şişirdilib Avropa futbol ailəsində ölkəmizi təmsil etməsinə rəvac verilməsi növbəti layihələrə yol açdı. Yekunda o öz oyununu oynatmağa nail oldu. 17 yaşlı qızların dünya çempionatı və bu yaş qrupunda oğlanların qitə birinciliyinin təşkilini ölkəmizə saldırmasında məqsədi, gələcəkdə nüfuzlu yarışları Azərbaycana gətirmək və hökumət qarşısında xallar qazanmaqdır. Çünki dünya futbolunda nəticədən savayı, mötəbər tədbirin bir dövlətdə təşkili xüsusi önəm kəsb edir, hörmət gətirir. Demək, futbolumuzun sədri-əzəmi ilk böyük hədəfinə çatıb: Avropa çempionatı-2020-nin 4 oyunu Odlar yurdunda keçiriləcək.
Son dövrdə futbolu bütünlüklə əlinə cəmləməyə çalışan Elxan Məmmədovun niyyəti, gələcəkdə ölkə idmanın başına keçməkdir. Ehtimala görə, gənclər və idman naziri Azad Rəhimov daha yüksək vəzifəyə təyin ediləcəyi halda, onun yerinə 37 yaşlı sözü gedən futbol adamı gətiriləcək. Məncə, o bu işin də öhdəsindən uğurla gələ bilər. Əbəs yerə İngiltərədə xüsusi hazırlıq keçməyib ki!. AFFA-ya baş katib keçdiyi gündən qısa zaman sonra rəhmətlik Ramiz Mirzəyevin yaxın ətrafını səliqə ilə «təmizlədi».
İndiki durumda PFL, əməli olaraq, onun nəzarətindədir. Ramin Musayev artıq keçmiş qüdrətini itirib. Demək olar, qurumun fomal prezidenti sayılır; başı səhhətinə qarışıb. Rövnəq Abdullayev olmasa, bir gün də vəzifəsində qalmağa qoymazlar. Mülahizəyə əsasən, hazırda klubların yarısından çoxuna baş katib nəzarət edir. Premyer liqa komandalarımızda müşahidə şuralarının formalaşması da onun layihələrindəndir.
Bu yaxınlarda AFFA yanında Media Komitəsinin yaranmasına nail olan futbolumuzun sədri-əzəmi, idman mətbuatını aşkar nəzarətinə götürməklə yanaşı, onu bölməyə, parçalayıb hökm etməyə hesablanmış addımlar atır. Tənqidçilərini sözdaşıyanı Mikayıl Nərimanoğlu vasitəsi ilə bir-bir yola gətirən Elxan Məmmədov, artıq «Sportinfo.az dəhşətini» də çözub. MK-nın ilk təşəbbüs toplantısında baş katib saytın baş redaktorunun könlunu aldı, onu guşə yazısında futbolun mühüm problemlərindən birini gündəmə gətirdiyini qeyd etdi.
Bəli, bir müddətdir ki, «sportinfo.az» da onun barəsində tənqid yazmır. Halbuki, elə bu yaxınlara qədər İlkin Vaqifoğlunun rəhbəri olduğu elektron KİV nəinki ondan pisinə yazır, hətta təhqir edib karikaturasını verirdi. Saytın ilk cəhddə MK üzvlüyündən keçməsi, aprel-iyun aralığında maliyyələşdirilmək üçün quruma təqdim edilən «Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?» layihəsini udması da buna işarədir.
Belə çıxır ki, Məmmədov Elxanın kopperfildsayağı yaxşıca gözbağlama, illüzionist bacarığı var. Avropanın futbol turnirlərini ölkəmizə sırıması, PFL-i ram etməsi hakimiyyəti ələkeçirmə istedadının, indi də məzlum mətbuata pay-pürüş bağışlayaraq, onun onsuz da bağlı dilini içəridən bir az da burması sədri-əzəmin təsirli manevretmə bacarığının təzahürüdür. Deməli, o, AFFA-nı, daha doğrusu, Azərbaycan futbolunu artıq özəlləşdirib. Növbəti dayanacaq da məlumdur – Elxan avtokratiyasının istibdad diktaturasına çevriləcəyinə də çox qalmayıb.
- Baxış sayı: 7972
- 03 Aprel 2020 19:30
- Baxış sayı: 8822
- 04 Mart 2020 22:12
- Baxış sayı: 8477
- 14 Yanvar 2020 18:32
- Baxış sayı: 9419
- 02 Dekabr 2019 14:52
- Baxış sayı: 3094
- 08 Dekabr 2018 16:21
- Baxış sayı: 3014
- 29 Noyabr 2018 19:50
- Baxış sayı: 3276
- 17 Noyabr 2018 23:59
- Baxış sayı: 1246
- 31 Oktyabr 2018 23:58
- Baxış sayı: 1588
- 23 İyun 2018 18:44
- Baxış sayı: 1541
- 06 İyun 2018 23:59
- Baxış sayı: 3406
- 15 Fevral 2018 18:19
- Baxış sayı: 2231
- 04 Dekabr 2017 18:12
- Baxış sayı: 2750
- 15 Noyabr 2017 14:46
- Baxış sayı: 1563
- 03 Noyabr 2017 23:09
- Baxış sayı: 1475
- 13 Oktyabr 2017 01:35
- Baxış sayı: 2029
- 08 Sentyabr 2017 17:32
- Baxış sayı: 1474
- 10 Avqust 2017 22:32
- Baxış sayı: 1715
- 26 İyul 2017 22:42
- Baxış sayı: 1774
- 14 May 2017 23:59
- Baxış sayı: 1383
- 21 Yanvar 2017 16:38
- Baxış sayı: 2744
- 22 Noyabr 2016 10:22
- Baxış sayı: 1595
- 15 Noyabr 2016 20:18
- Baxış sayı: 1664
- 14 Noyabr 2016 21:10
- Baxış sayı: 1745
- 16 Sentyabr 2016 15:57
- Baxış sayı: 1327
- 27 Avqust 2016 03:49
- Baxış sayı: 2176
- 30 İyul 2016 02:55
- Baxış sayı: 1753
- 07 İyun 2016 16:48
- Baxış sayı: 8862
- 16 May 2016 19:53
- Baxış sayı: 1687
- 10 May 2016 13:41
- Baxış sayı: 2401
- 02 May 2016 20:20