Bədii gimnastika üzrə Avropa kuboku sona yetib

Allsport.az saytı xəbər verir ki, 4 gün davam edən möhtəşəm idman bayramı artıq 3-cü dəfə ölkəmizdə keçirilir. 32 dövlətdən olan bədii gimnastlar tamaşaçılara əsl sənət nümunəsi təqdim etdilər. Musiqili kompozisiyalar, xüsusi hazırlanmış rəqs elementləri və sürpriz fləşmoblar hər yaşdan izləyicinin zövqünü oxşayıb.

Azərbaycan bu mötəbər turnirdə həm fərdi, həm də qrup hərəkətləri komandası ilə təmsil olunub. Qrup hərəkətləri üzrə yığmamız yeni heyətlə ilk dəfə bu yarışda çıxış edib. Bu, yeni komanda üçün ilk və böyük təcrübə idi.

Gənclər kateqoriyasında komandalar arasında təşkil olunan çarpaz qarşılaşmalar yarışın əsas yeniliklərindən biri olub. Sonda AİN-2 (bitərəf) 1-ci, Bolqarıstan 2-ci, İsrail 3-cü yeri tutub.

Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar top və halqa ilə, üçüncü gün isə gürz və lent proqramlarında çıxış etdilər. Təsnifat mərhələsinin nəticələrinə əsasən ən güclü 16 gimnast “çarpaz qarşılaşmalar” mərhələsinə vəsiqə qazandı və 1/8 finaldan başlayaraq finala qədər mübarizə aparıb.

Gərgin keçən final mərhələsinin yekununda İsrail təmsilçisi Munits Daniela qalib oldu. Ukraynalı Onofruiiçuk Taisiya ikinci, italiyalı Raffaeli Sofia isə üçüncü pillədə qərarlaşdı. Qaliblərə medalları AGF-nin vitse-prezidenti Altay Həsənov təqdim edib.

Qrup hərəkətləri üzrə yarışda isə Bolqarıstan komandası qızıl medala layiq görülüb. İsrail ikinci, AİN 2 komandası isə üçüncü yeri tutub. Mükafatlandırma mərasimində medalları Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov təqdim edib.

Həmin kateqoriyadan